YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Artıq sözün real mənasında post-neft dövrü başlayır

«Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdədir. Qlobal tələb-təklif ilə bağlı statistika tarazlıqdan xəbər versə də bazarda dayanıqlılığın formalaşdığından danışmaq hələlik tezdir. Amma neftə olan qlobal tələb artmaqdadır». Bu fikirləri  İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov deyib.  

V.Bayramov bildirib ki, hələlik, dünya bazarında neftin qiymətini kəskin artıra biləcək iqtisadi faktorlar yoxdur. Onun sözlərinə görə, nə OPEK daxilində, nə də bu qurumdan kənarda neftin hasilatının azaldılması ilə bağlı konsesus yoxdur. Qlobal istehsalın təxminən 40 faizini təmin edən OPEK ən yaxşı halda hasilatı gündəlik 33 milyon barel səviyyəsində dondura bilər ki, bu da hasilatın azaldılması deyil, məhdudlaşdırılmasıdır.

«Yüksək qiymətlərə ümid etməyən bir sıra OPEK ölkələri hasilatı azaltmaqla mövcud gəlirlik səviyyələrini aşağı salmaqda maraqlı deyillər. Nəhayət, OPEK-in ən çox ehtiyatlandığı şist neft (shale oil) faktoru gündəmdədir. Neftin barelinin 60 dollara çatması şist neft hasilatını daha da rentabelli edə bilər ki, bu halda ABŞ və Kanada yenidən bazara daha çox “qara qızıl” göndərəcəklər. Bu isə qiymətərin daha kəskin azalmasına səbəb ola bilər. Əslində, bir barel nefti 5 dollara hasil edilib 50 dollara satan OPEK ölkələri mövcud qiymətdən razı olmalıdırlar. Çünki, dünya bazarında xərcindən 10 dəfə baha qiymətə satılan əmtəələrin sayı heç də çox deyil. Bütövlükdə, orta hesabla xərci 20 dollara olan və bundan 2.5 dəfə baha qiymətə nefti satan digər enerji dövlətlərini də mövcud qiymət praktik olaraq razı salmalıdır. Sadəcə, əksər neft ölkələrinin iqtisadiyyatları yüksək neft qiymətlərinə, yumşaq desək, öyrəşdikləri üçün mövcud qiymətlər onların üçün cəlbedici və sərfəli görsənmir. Gələn ay OPEK-in hansı qrəar qəbul etməsindən asılı olmayaraq, enerji ölkələrinin neft gəlirlərinə baxış strategiyasının dəyişdiriıməsi vacibdir. Artıq sözün real mənasında post-neft dövrü başlayır. Post-neft isə neftdən sonrakı dövr deməkdir»- deyə, ekspert qeyd edib..

DİGƏR Xəbərlər Arxiv