YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İcra katibinin müavini: Xalqımızın və dövlətimizin qarşısında göstərdiyi misilsiz xidmətlərin nəticəsidir ki, Ulu öndər Heydər Əliyevin adı əbədiləşdirilir

«Bir neçə gündən sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini qeyd edəcəyik. Bu, xalqımızın şərəfli tarixidir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, 1991-ci ildə bərpa olunan müstəqilliymizi 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti gözləyirdi. Onun sözlərinə görə, müstəqilliymizin ilk illərində mövcud olan anarxiya, xaos, dərin ictimai-siyasi, sosial-iqtisadi Azərbaycanı bir dövlət kimi məhv olmağa doğru aparırdı.

«Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, qanunsuz silahlı dəstələr ləğv olundu, bütövlükdə müstəqil dövlətçiliyimizə qarşı olan bütün təhlükələr aradan qaldırıldı. Ona görə də, haqlı olaraq xalqımız Ulu öndər Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu hesab edir. Məhz xalqımızın və dövlətimizin qarşısında göstərdiyi misilsiz xidmətlərin nəticəsidir ki, Heydər Əliyevin adı əbədiləşdirilir. Bu baxımdan, milli valyutamızın üzərinə də Ulu öndərimizin şəkli olmalıdır.    Belə bir təcrübə başqa dövlətlərdə də  var. Məsələn, Türkiyənin milli valyutasının üzərində Mustafa Kamal Atatürkün, ABŞ-ın milli valyutasının üzərində Corc Vaşinqtonun şəkli var. Hər kəs Ulu öndərimizin rəsmi olan döş nişanını, Onun imzasını sinəsində gəzdirə bilər. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.