YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusar sakini 105 yaşı olmasına baxmayaraq məntəqəyə gələrək səs verib

Qusar rayonunun Bədişqala kənd sakini, 105 yaşlı Bəsbəyi Döndərova seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.

Bəsbəyi nənə 51 saylı Qusar seçki dairəsində qeydiyyatda olan ən yaşlı seçicidir.

39 saylı seçki məntəqəsində səsvermə hüququnda istifadə edən Bəsbəyi Döndərovanın 8 övladı, 80-dən çox nəvə və nəticəsi var.

51 saylı Qusar seçki dairəsinin ən yaşlı seçicisi AZƏRTAC-a müsahibəsində bu vaxta qədər keçirilən bütün seçkilərdə də fəal iştirak etdiyini bildirib.

Qeyd edək ki, 39 saylı seçki məntəqəsində, ümumilikdə, 755 seçici qeydiyyatdadır. Onlardan bir nəfər 100 yaşından yuxarı, bir nəfər isə 18 yaşı yeni tamam olan gəncdir.