YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendumla əlaqədar Ər-Riyadda yaradılan seçki məntəqəsi səsverməyə hazırdır

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində hazırlıq işləri başa çatıb.

Ər-Riyaddakı diplomatik nümayəndəlikdə 6 nəfərdən ibarət məntəqə seçki komissiyası yaradılıb. Burada 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 35 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Bu səsvermə məntəqəsində konsulluq qeydiyyatında olan seçicilər referendumda iştirak edəcəklər.