YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri Sabunçu rayonunda seçicilərlə görüş keçirib

“Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Sabunçu rayonunda seçicilərlə görüş keçirib. 

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin necə yaşayacağını müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və bu günün tələbidir. Xalqın hüquqlarının qorunması çox vacibdir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir”.

Daha sonra çıxış edən millət vəkili Muxtar Babayev bildirib ki, təklif edilən bütün dəyişikliklər gələcəyimizə istiqamətlənib: “Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Sabunçu rayonunun seçiciləri bu işdə aktiv olub öz gələcəyinə səs verəcək”.  

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, Millət vəkili Dilarə Cəbrayılova isə qeyd edib ki, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratı həll olunacaq: “Bunu nəzərə alaraq hər kəs eləcə də Sabunçu rayonunun ümumxalq səsvermədə aktiv olmalıdır”.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva söyləyib ki, Sabunçu rayonu hər zaman ən qabaqcıl rayonlarından olmaqla yanaşı, bütün seçkilərdə öz fəallığı ilə seçilib: “Rayonumuzda 10 mindən çox insan YAP-ın üzvüdür. Amma bugünkü görüşdə təkcə YAP-ın üzvləri deyil, bizi dəstəkləyənlər də iştirak edir. Biz Prezidentimizin ətrafında yumruq kimi birləşmişik. 26 sentyabrda bir daha həmrəy olub Referenduma hə deyəcəyik”.

Görüşün davamında çıxış edən seçicilər də ümumxalq səsverməsi - Referendumla bağlı öz müsbət fikirlərini bölüşüblər.

 

DİGƏR Xəbərlər Arxiv