YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Tariximizə sahib çıxmalıyıq

«Azərbaycan xalqı  dünyanın 5 min illik dövlətçilik tarixi olan xalqıdır. Biz böyük imperiyalar yaradan, dünya siyasətinin formalaşmasında iştirak etmiş xalqıq». Bu fikirləri yap.org.az saytına AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

 Y.Mahmudov bildirib ki, yaxın keçmişdə bunların hamısı bizim əlimizdən alınmışdı. Onun sözlərinə görə, bizim tariximiz dünyada ən çox saxtalaşdırılan, təhrif olunan tarixlərdən biridir.

«Bizə kölə psixologiyası aşılanırdı, guya bizim dövlətçilik mədəniyyətimiz, zəngin tariximiz olmayıb. Guya bizə həmişə kənardan kömək ediblər. Bütün bunlar da milli şüurumuzun öldürülməsinə yönəlmişdi. Bizim dövlətçilik  mədəniyyətimizi məhv etmək üçün addımlar atıblar. Torpağımızda erməni dövləti yaratdılar. Əslində isə biz tarixən daha böyük ərazilərə sahib olmuşuq. Bunu deməklə, heç kimə qarşı ərazi iddiaları irəli sürmürük. Amma tariximizə sahib çıxmalıyıq»- deyə, Y.Mahmudov qeyd edib.