Xəbərlər
Dünyanın ilk ensiklopediyasının ilk cildi 1751-ci il iyulun 1-də nəşr edilib

1751-ci il. Dünyanın ilk ensiklopediyasının ilk cildi nəşr edilib. “İncəsənət və sənətkarlığın ensiklopediyası və ya elmin izahlı lüğəti” adlanan nəşrin ideyası hələ 1747-ci ildə fransız yazıçısı və dramaturqu Deni Didro tərəfindən irəli sürülüb. Didro bu layihənin həyata keçməsinə 25 il vaxt sərf edib. Nəşr 35 cilddən ibarət olub.