YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda "Windows Phone" əsasında işləyən qurğular üçün bankomatların mobil geolokasiyası servisi istifadəyə verilmişdir

"Microsoft Azerbaijan" şirkəti Azərbaycanda "Windows Phone" əməliyyat sistemi əsasında işləyən qurğular üçün bankomatların mobil geolokasiyası servisini istifadəyə vermişdir.

Şirkətdən bildirmişlər ki, "Baku ATM" adlanan mobil əlavə "Safaroff Creative Agency" tərəfindən hazırlanmışdır. Bu xidmət ölkənin mindən çox bankomat şəbəkəsini əhatə edir. Mobil əlavəni "Windows Phone" marketində ("Marketplace") pulsuz yükləyib, quraşdırmaq mümkündür.

1975-ci ildə təsis edilmiş "Microsoft" Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. Korporasiyanın məhsulları 80-dən artıq ölkədə satılır və Azərbaycan dili də daxil olmaqla, 45-dən çox dilə tərcümə edir.

 

DİGƏR Xəbərlər Arxiv