YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Bu gün Azərbaycanda aparılan gənclər siyasəti dünyanın heç bir ölkəsində yoxdur

«Artıq Azərbaycanda ölkə gəncliyinin inkişafı istiqmətində çalışan kifayət qədər gənclər təşkilatları və siyasi təşkilatlar var. Azərbaycan gəncliyi daima Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ideologiyanı – azərbaycançılıq, vətənpərvərlik, dövlətçiliyi tərənnüm etməli, bunun təbliği ilə məşğul olmalıdır». Bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın  Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycan gəncləri dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi işləri təbliğ etməlidirlər. Onun sözlərinə görə, bu gün Azərbaycanda aparılan gənclər siyasəti və gənclərimizə göstərilən diqqət, qayğı dünyanın heç bir ölkəsində yoxdur.

«Mən hətta deyərdim ki, Avropa gəncliyi Azərbaycandan nümunə götürməlidir. Təkcə Azərbaycan Gənclər Fonduna ayrılan vəsait 5 milyon manatdır. Bu vəsait bütün Avropa Birliyinin gənclər təşkilatlarına ayırdığı vəsaitdən 50 faiz çoxdur. Bütün Avropa Birliyinin üzv ölkələrinə bir il ərzində 3 milyon avro vəsait ayrılır. Bunun özü bir daha göstərir ki, Azərbaycanla Avropa arasında nə qədər fərq mövcuddur. Digər tərəfdən Azərbaycanda gənclərin ideoloji cəhətdən sağlamlığı, möhkəmliyi və dövlətə bağlılığı yüksək səviyyədədir. Ümumilikdə Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı Avropaya bir nümunədir»- deyə, YAP GB-nin sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv