YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Ələkbərov: Ölkədə yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir

«Ölkədə yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir». Bu fikri vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, ölkədə sahibkarlığın inkişafına yönəldilmiş konkret addımlar atılır. Onun sözlərinə görə, sahibkarlığın inkişafına əngəl yaradan halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində də tədbirlər həyata keçirilib”.

«Vergilər Nazirliyi də öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət (əmək müqavilələrinin bağlanması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması) istisna olmaqla əksər operativ nəzarət tədbirlərini dayandırıb. Ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi yoxlamaları təxminən 2,5 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 13 dəfə azaldılıb»- deyə, nazir müavini vurğulayıb.