YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Heydər Əliyev Fondu fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur

Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva Milli Məclisdə bu gün təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı çıxışında deyib: “Ölkəmizin ən dəyərli humanizm ənənələrinə əsaslanaraq "28 may - Respublika Günü" münasibətilə Aministiya elan olunmasını təklif edirəm. 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilən amnistiya aktları əsasında 30 minə yaxın məhbus müxtəlif növ cəzalarından azad ediliblər. 2007, 2009 və 2013-cü illərdə Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insanlara azadlığı bəxş edən hər bir həmkarıma öz dərin minnətdarlığımı bildirirəm.”

Mehriban Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır: "Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı ilə yardıma ehtiyacı olan insanlara daim yardım etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi daim, hər zaman doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum edilən minlərlə həmvətənlərimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşmaq prinsiplərində qurulan yeni ömür yolunu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir".

 

DİGƏR xəbərlər Arxiv