YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Honda” avtokonserni ilk təyyarəsini sınaqdan çıxarmışdır

Yaponiyanın “Honda” avtokonserni özünün ilk HondaJet təyyarəsini yay sınağından çıxarmışdır.

Təyyarənin 84 dəqiqəlik test uçuşu “Honda Aircraft” kompaniyasının yerləşdiyi ABŞ-ın Şimali Karolina ştatında keçirilmişdir. “Yaxın gələcəkdə biz bazara dünyada ən mükəmməl yüngül təyyarə çıxara biləcəyik”, - deyə kompaniyanın direktoru Mitimasa Fudzino sınaqların nəticəsi barədə danışarkən qeyd etmişdir. 

HondaJet Yaponiyada özəl kompaniya tərəfindən dövlət yardımı olmadan hazırlanmış ilk təyyarədir. Bu miniatür təyyarə göyərtəsinə cəmi 8 sərnişin götürə bilir. Bununla belə, saatda 770 kilometr sürətlə və 13 kilometr yüksəklikdə uçmağa qadirdir. 

Gələn il satışa çıxarılacağı gözlənilən təyyarənin qiyməti təqribən 4,5 milyon dollardır. İndiyədək konsern HondaJet üçün 100-dən çox ilkin sifariş almışdır.