YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Olimpiadada yüksək yerlər tutacaq idmançılara mükafatların məbləğini dövlət başçısı müəyyən edəcək

«Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının bayraqdarı və medallar üçün mükafat fondu hələ müəyyənləşməyib». Bunu gənclər və idman naziri Azad Rəhimov mayın 12-də jurnalistlərə açıqlamasında deyib.

A.Rəhimov bildirib ki, Olimpiadada yüksək yerlər tutacaq idmançılara mükafatların məbləğini Azərbaycan Prezident İlham Əliyev müəyyən edəcək. Mükafatın məbləği iyulda ölkə başçısının imzalayacağı Sərəncama əsasən müəyyənləşəcək.

Nazir “Formula-1” üzrə Avropa Qran-prisində tras kənarlarında yerləşən evlərin eyvanlarının icarəyə verilməsinə də münasibət açıqlayıb: “Qanun buna icazə verir və icarə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Əgər xalqımızın nümayəndələri pul qazana bilirsə, niyə də olmasın?”, – deyə A. Rəhimov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv