YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR 4 ayda Ceyhan limanından 5,7 milyon tondan çox neft ixrac edib

SOCAR apreldə Novorossiysk limanından 159 min 599 ton, Supsa limanından 176 min 598 ton, Ceyhan limanından 1 milyon 112 min 953 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, yanvar-aprel aylarında Novorossiysk limanından 239 min 536 ton, Supsa limanından 776 min 198 ton, Ceyhan limanından 5 milyon 741 min 694 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac olunub.

SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.