YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Məmmədov: Multikultural cəmiyyətimiz bizim əsas üstünlüklərimizdən biridir

«Multikulturalizm insanlar tərəfindən qavranılan dəyərlərdən ibarət bir sistemdir. Müxtəlif ölkələrdə mədəniyyətlərin səviyyəsini müəyyənləşdirmək üçün identiklik mühüm rol oynayır». Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov deyib.

A.Məmmədov bildirib ki, dövlətimiz tərəfindən əsrlər boyu sülhlə harmoniya şəklində uzunmüddətli multietnik mədəni müxtəliflik qorunaraq saxlanılıb. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində multikulturalizm Azərbaycanda mühüm prioritetlərdən birinə çevrilib.

«Multikultural cəmiyyətimiz bizim əsas üstünlüklərimizdən biridir. Biz bunları dəyərləndirir və qoruyuruq. Prezident İlham Əliyev multikultural cəmiyyət modelini yeni dəyərlərlə zənginləşdirir. Eyni zamanda, Heydər Əliyev Fondu tolerantlıq və multikulturalizm ənənələrinin davam etdirilməsində çox böyük işlər görür. Fond bu istiqamətdə uğurlu layihələr həyata keçirir, multikulturalizmi ölkəmizin sərhədlərindən kənarda təbliğ edir»- deyə, A.Məmmədov vurğulayıb.