YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rudi Matyaşiç: İrəli sürdüyüm təşəbbüslə Ermənistan-Azərbaycan münaqişənin həllinə töhfə vermək istəyirəm

Xəbər verdiyimiz kimi, bu il yanvarın 20-də Sloveniya Respublikasının Milli Şurası qurumun üzvü Rudi Matyaşiç təşəbbüsü əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib. Qərarda Sloveniya Milli Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırıb. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulanıb və faciənin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı ifadə edilib.

Həmin qətnamə layihəsinin müəllifi, Sloveniya Parlamentinin üzvü Rudi Matyaşiç bu təşəbbüsü ilə bağlı fikirlərini AZƏRTAC-a bildirib. O, qeyd edib ki, bu təşəbbüs onun bu qəbildən olan münaqişə və fikir ayrılıqlarının beynəlxalq hüquq normalarına əsaslanaraq dinc şəkildə həll edilməsinə inamının təzahürüdür. Rudi Matyaşiç deyib: “Bununla əlaqədar olaraq mən bu məsələnin həlli yolunun tapılmasına müsbət bir töhfə vermək istəyirəm”.

Beynəlxalq hüquq müddəalarını tətbiq edərək münaqişələrin sülh yolu ilə həllinin və əmin-amanlığın tərəfdarı olduğunu bildirən R.Matyaşiç bundan əlavə 2014-cü il dekabrın 4-də Milli Şuranın iclasında da ATƏT-in Minsk qrupunun himayəsi altında Dağlıq Qarabağ ərazisində sülh prosesinin aktivləşdirilməsinin təşəbbüskarı olduğunu qeyd edib.

Sloveniyalı parlamentari bildirib ki, onun ölkəsi mübahisələrin və fikir ayrılıqlarının məsul beynəlxalq təşkilat kimi ATƏT çərçivəsində sülh yolu ilə həll edilməsinə inanır. ATƏT-in Minsk qrupu davam edən danışıqların rəsmi formatı olaraq qalır. O deyib: “Sloveniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in və Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir”.