YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Vladimir Putin: Regionlararası əlaqələr Rusiya ilə Azərbaycanın ənənəvi dostluq münasibətlərinin əsas inkişaf istiqamətlərindən biridir

Regionlararası əlaqələr Rusiya ilə Azərbaycanın ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin əsas istiqamətlərindən biridir, yeni layihə və təşəbbüslərə təkan verir.

Bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına təbrik məktubunda yer almışdır.

Rusiya Prezidentinin müraciətində deyilir: “Əsas məsələ budur ki, bu il beş yaşı tamam olan forumunuzun nüfuzu durmadan yüksəlir, iki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün lazımlı məkana çevrilir”.

Məktubda vurğulanır ki, forum iki ölkənin energetika, nəqliyyat, investisiyalar, kənd təsərrüfatı, turizm və təhsil sahələrində əməkdaşlıq potensialının gücləndirilməsi üçün əla imkandır.