YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Ölkə başçısının səyləri qlobal böhranın mənfi təsirini minimuma endirməyə imkan verəcəkdir

«2003-cü ildə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev cəmiyyətə yeni inkişaf konsepsiyasını təqdim etdi. Ölkə rəhbəri hesab edirdi ki, Azərbaycan müstəqil dövlət kimi həm regionda, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmalıdır. İlham Əliyev güclü iqtisadi sistemin qurulmasını bunun ən başlıca şərti kimi qiymətləndirdi. Həm də qarşıdan gələn dövrdə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin işə düşməsindən sonra Azərbaycana daxil olacaq güclü maliyyə axını ən iddialı layihələrin reallaşdırılması üçün etibarlı zəmin yaradırdı. Buna görə də prezident seçildikdən cəmi bir ay sonra cənab İlham Əliyev“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” xüsusi Fərman imzaladı və bununla da ölkədə iqtisadiyyatın yenidən qurulması strategiyası reallaşdırılmağa başlandı». Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 Əli Həsənov bildirib ki, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, enerji amilindən asılılığın aradan qaldırılması, müasir sosial və iqtisadi infrastrukturun formalaşdırlması, neft kapitalının insan kapitalına çevrilməsi və s. bu strategiyanın başlıca hədəflərini təşkil etdi. Statistikaya diqqət yetirsək, görərik ki,  son 12 ildə Azərbaycanda maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, 3 min məktəb, 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Bu illər ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib, ölkəyə 200 milyard dollar sərmayə qoyulubdur ki, bunun da 100 milyard dolları xarici sərmayədir. Onun sözlərinə görə, əhalinin təbii yanacaq, elektrik enerjisi, içməli su problemi həll edilib. Ölkədə yeni, ən müasir standartlara cavab verən sosial və iqtisadi infrastruktur yaradılıb. Azərbaycanın dünyada nüfuzu artıb, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilirb. 10 il bundan əvvəlki Azərbaycanla bugünkü Azərbaycan arasında fərqi təkcə biz yox, bütün dünya görür və bir nümunə kimi qeyd edir.