YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda ÜDM 2,8 faiz artıb

Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən bu ilin ötən beş ayı ərzində 23,4 mlrd. manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

 Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 61,2%-i məhsul istehsalı sahələrində, 31,7%-i xidmət sahələrində yaradılıb, 7,1%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb. Əhalinin hər nəfərinə ümumi daxili məhsul istehsalı 2499,8 manat (3187,4 ABŞ dolları) təşkil edib.

Əlavə dəyərin 55,4%-i qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 8,3% artıb, neft sektorunda isə 3,6% azalıb.

Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 14,1 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövründəkindən 2,1% az sənaye məhsulu istehsal edilib. Məhsulun 73,3%-i mədənçıxarma bölməsində, 20,5%-i emal bölməsində, 5,6%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3.4% artıb, neft sektorunda isə 3.0% azalıb. Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 2,2% azalıb, 17,7 mln. ton neft, 7,6 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub. Emal bölməsində məhsul buraxılışı 6,7% azalsa da, qida məhsullarının istehsalı 2,1%, geyim istehsalı 17,4%, tikinti materialları istehsalı 16,7%, maşın və avadanlıqların istehsalı 4,7%, avtomobil və qoşquların istehsalı 2,6 dəfə, sair nəqliyyat vasitələri istehsalı 2,8 dəfə, mebel istehsalı 29,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri 18,1% artıb.