YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniyada qanunvericiliyin tələblərini pozan siyasi partiyanın fəaliyyəti qadağan edildi

Birləşmiş Krallığın Seçki Komissiyası Britaniya Milli Partiyasının qeydiyyatını dövlət reyestrindən çıxardıb.

Seçki komissiyasının yaydığı məlumatda bildirilir ki, yerli qanunvericiliyə görə, hər bir siyasi partiya ildə bir dəfə Seçki komissiyasında öz qeydiyyat məlumatlarını təsdiqləməlidir və 25 funt məbləğində ödəniş etməlidir. 1982-ci ildən fəaliyyətdə olan Britaniya Milli Partiyası bu tələbi yerinə yetimədiyi üçün onun qeydiyyatı dövlət reystrindən çıxarılıb. Belə olduqda partiyanın nümayəndələri keçirilən bütün növ seçkidən uzaqlaşdırılır və partiyanın simvolikası və digər atributlarından istifadə edilməsi qadağan edilir. Qeyd etmək lazımdır ki, partiyanın 2 üzvü Avropa parlamentində mandat sahibidir.