YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin iclasında bir sıra dövlətlərarası sazişlər təsdiq olunub

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlər təsdiq olunub.

Belə ki, bu sənədlər sırasına Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə, "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə San Marino Respublikasının hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair" sazişlər daxildir.