YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə konfrans keçirəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Misirin İsgəndəriyyə Kitabxanası dekabrın 8-11-də İsgəndəriyyədə beynəlxalq konfrans keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, “XXI əsrdə demokratiya” mövzusuna həsr olunan konfransda tanınmış siyasətçilər, ekspert və akademiklər hazırda dünyada cərəyan edən gərgin proseslər fonunda demokratiya anlayışının əhəmiyyətini müzakirə edəcək, mümkün islahatlar və yeni mexanizmlərin tətbiqi barədə fikir mübadiləsi aparacaqlar. Konfrans çərçivəsində 2016-cı ilin martında Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıqla əlaqədar toplantının keçirilməsi də planlaşdırılıb.

Konfransda Misirin xarici işlər naziri Sameh Şükri, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumdjiya, eləcə də Niderlandın sabiq Baş naziri Vim Kok, Serbiyanin sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov, Nigeriyanın sabiq dövlət başçısı Olusegun Obasanjo, Albaniyanın keçmiş Prezidenti Recep Meydani, Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku, Uruqvayın sabiq Prezidenti Luis Alberto Lacalle, Ekvadorun sabiq Prezidenti Rozalia Arteaqoa Serrano və İordaniya şahzadəsi Əl Hassan bin Talal iştirak edəcəklər.

Konfransa, həmçinin Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi, eləcə də təşkilatın sabiq rəhbəri Əmir Musa, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu da qatılacaq.