YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfərin təntənəsi”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərin təntənəsi” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hikmət Bağırov, Vətən müharibəsi şəhidi Anar Əliyevin atası Vaqif Əliyev, şəhid Ömər Şirinovun atası Muğan Şirinov, Şərqi Zəngəzur Regional Məşğulluq Filialının Kəlbəcər rayon Xidmət şöbəsinin müdiri Hikmət Yusibov, Şərqi Zəngəzur Regional DSMF-nin müdiri Amil Salmanov, Kəlbəcər Rayon Dövlət Statistika İdarəsinin müdiri Ramil Salmanov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektorunun məsul əməkdaşı Məftun Kamalov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər sektorunun məsul əməkdaşı Hikmət Şahmuradov, Kəlbəcər Su Meliorasiya İdarəsinin əməkdaşı Bilal Nuriyev, Kəlbəcər Uşaq İncəsənət Məktəbinin direktoru Arzu Qafarov, şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 nömrəli məktəbin müəllimi Ərəstun Kamalov və digərləri çıxış ediblər.

Qeyd olunub ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı və qürurlu səhifələrdən biridir. Xalqımız Qarabağın azadlığı uğrunda əldə olunan tarixi Zəfərin beşinci ildönümünü böyük sevinc və dərin minnətdarlıq hissi ilə qeyd edir. Beş il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi Qələbə təkcə hərbi-siyasi deyil, həm də milli ruhun, birlik və həmrəyliyin təntənəsi idi.

Vurğulanıb ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin müdrik siyasətinin, xalqımızın birliyinin və ordu gücünün parlaq nəticəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir, “Böyük Qayıdış” proqramı ardıcıl və uğurla icra olunur.

DİGƏR Xəbərlər Arxiv