YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Memorial Məzarlıq və Zəfər abidəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, təşkilatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə Hərbi Memorial Məzarlığı ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən Vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb.

Rayon təşkilatının kollektivi Zəfər parkında da olub, buradakı abidə önünə gül dəstələri qoyublar.