YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib

Yasamal rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr- Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Aksiyada Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə çoxlu sayda ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. 8 Noyabr- Zəfər Günü münasibəti ilə keçirilən aksiya ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

DİGƏR Xəbərlər Arxiv