YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü Mingəçevirdə də qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı, Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Ulu Öndər Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” adlı film nümayiş etdirilib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər nümayəndəliyinin sədri Mayıl İsmayılov və Mingəçevir şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova çıxış edərək 15 İyun tarixinin Azərbaycan dövlətçiliyi üçün mühüm dönüş nöqtəsi olduğunu deyiblər.

Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran və anarxiya şəraitində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma və dövlətçilik təhlükəsindən xilas edib. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan sürətli inkişaf yolu ilə irəliləyir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Tədbir bədii hissə ilə davam edib.