YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd qəsəbəsində şəhidlərin xatirəsi anılıb

Beyləqan rayonu inzibati ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər məzarlığında anım tədbiri keçirilib.

Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Vətən müharibəsi iştirakçısı Ruslan Mirzəliyev, şəhid Elmin Mirzəyevin atası Əvəz Mirzəyev və Qaradağlı kənd tam orta məktəbinin müəllimi Xəyalə Əhmədzadə çıxış ediblər.

Natiqlər Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş bütün Vətən övladlarına Uca Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyiblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsi hərb tariximizin yeni və şanlı salnaməsidir və rəşadətli ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tapıb. Qeyd olunub ki, Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə yalnız ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda regionda yeni siyasi reallıqlar yaradıb.