YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir tariximizin ən yeni səhifəsi - 27 Sentyabr”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı “Müasir tariximizin ən yeni səhifəsi - 27 Sentyabr” adlı tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər İcra Hakimiyyətinin nümayəndəsi Murov Həsənov, Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Rayon Həmkarlar Komitəsinin sədri Əli Bağırov, rayon SMSİİ-nin rəisi Azər Xankişiyev, DSMF Şərqi Zəngəzur Regional filialının müdiri Amil Salmanov, Günəşli kənd mədəniyyət evinin bədii rəhbəri Elbrus Hüseynov və Birinci Qarabağ müharibəsi veteranı Əziz Abbasov çıxış ediblər.

Natiqlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birliyi, milli iradəsi və dövlətçiliyə sadiqliyinin simvoluna çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq işğal altında olan torpaqlarımızı azad edib, tarixi ədalət və beynəlxalq hüququn tələbləri bərpa olunub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Zəfər nəticəsində ölkəmiz yeni mərhələyə qədəm qoyub. Cəmi bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin olunub, sərhədlərimiz bütövləşib.

Natiqlər vurğulayıblar ki, qəhrəman şəhidlərimizin qanı bahasına əldə olunan tarixi Qələbə Azərbaycan dövlətçiliyinin şərəfli salnaməsində daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.