YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan xalqının ən böyük milli sərvəti - doğma dilimiz”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı və Qusar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin “Azərbaycan xalqının ən böyük milli sərvəti - doğma dilimiz” mövzusunda gənclərlə məşğələ keçirilib.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Atluxanova, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva və partiyanın gənc fəalı Rəhman Ağabalayev çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan dili əsrlər boyu xalqımızın mədəniyyətini, düşüncə tərzini və milli kimliyini yaşadan güclü mənəvi daşıyıcı olub. Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. Ümummilli Lider 1978-ci ilin aprelində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail olub. Bu addım milli mənəvi kimliyimizin və dilimizin hüquqi təminatı baxımından dönüş nöqtəsi idi. Müstəqillik illərində də Ulu Öndərin dil siyasəti Onun ümumi dövlət quruculuğu strategiyasının ayrılmaz hissəsi olub. Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və həmin ilin avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar ana dilimizin qorunmasına xidmət edib. Ulu Öndər Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir iştirakçılarına “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx təqdim olunub.