YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağa qayıdış prosesində informasiyanın rolu”

Yeni Azərbaycan Partiyası  (YAP) Qaradağ rayon təşkilatının və “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiyanın rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri, “Qarabağa qayıdış prosesində informasiyanın rolu” layihəsinin rəhbəri Zamin Zeynal, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Firudin Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, partiya fəalı Elşad Daşdəmirov, Qaradağ rayonunun Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, rayon Heydər Əliyev Mərkəzinin fond müdiri Leyla Nəcəfova, partiya fəalı Türkanə Əliyeva çıxış ediblər.

Qeyd olunub ki, “Qarabağa qayıdış prosesində informasiyanın rolu” layihəsi çərçivəsində Qaradağ rayonu daxil olmaqla bölgələrimizdə ictimai-siyasi əhəmiyyətli tədbirlərin keçirilməsində məqsəd Qarabağa qayıdış prosesində informasiyanın rolunu gücləndirmək, bu prosesin məqsədyönlü şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunu daha da artırmaqdır.

Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin canı-qanı hesabına, qazilərimizin sağlamlığının itirməsi nəticəsində azad edilmiş doğma Qarabağa qayıdışla bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq Qarabağda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri Qarabağ bölgəsinin dirçəlişinə müsbət təsirini göstərir.