YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalətin və beynəlxalq hüququn bərpası

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

İyulun 19-da azad Qarabağ növbəti dəfə Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev müzakirələrdə Forum iştirakçılarına hazırkı dövrün əsas çağırışlarından geniş bəhs edərək yenə də diqqəti ədalətin və beynəlxalq hüququn bərpasına  yönəltdi.

Beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası, bütün bunlar fundamental hüquqlardır və biz bu hüququ döyüş meydanında qazandıq, qan tökərək, şəhidlər verərək. Üzləşdiyimiz problem dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq deyil, ümumi insani prizmadan  çatdırmaq üçün  birinci vasitəmiz media olmuşdur.

30 illik işğal dövründə də cənab İlham Əliyev Qarabağ məsələsinin  gündəlik işimiz olmasına çağırış edirdi. Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda dayanan əsas vəzifələrdən idi. Bu gün də informasiya mübarizəsinin davam etdirilməsi, bu istiqamətdə səylərin artırılması əsas prioritetdir. Azərbaycanın tarixi Zəfərini həzm etməyənlər ölkəmizə qarşı əsassız təbliğatlarını davam etdirirlər. Reallıq budur ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsində xalqımızın yenilməzliyinin, məğrurluğunun, torpaqlarına sahib çıxan xalq olduğunun şahidi oldu.

Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Azərbaycan  müstəqilliyini yeni bərpa etmiş ölkə idi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları məlumdur. Dövlət başçısı İlham Əliyev Forumda bir daha diqqəti həmin dövrün reallıqlarına yönəltdi. Bildirdi ki, pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi. Həmin vaxt Ulu Öndər  Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa,  dirçəlməyə başladıq: “Yalnız bir şeyi düşünürdük. Mən əminəm, vətəndaşlarımızın əksəriyyəti də mənim dediyimi bölüşür ki, işğal olunmuş torpaqlarımızı necə qaytarmağı fikirləşirdik. Biz başa düşürdük ki, bu, çətin olacaq. Birincisi, relyef. Siz Füzulidən buraya gəlmisiniz. Füzuli şəhəri oktyabrın 17-də azad olunmuşdur. Bundan sonra bizim Silahlı Qüvvələrimiz yol olmayan ərazilərdən piyada keçərək Xankəndi ətrafına, Şuşa qayalarına doğru hərəkət etdilər. Biz döyüş meydanında sübut etdik ki, hər şeyə hazırıq və ölümə gedirdik, irəlidə 5-6 müdafiə xətti var idi. Biz hamımız əzəli torpaqlarımızı qaytarmaq arzusu ilə yaşamışıq”.

O da bildirildi ki, ABŞ, Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu bəyan ediləndə biz bunu böyük həvəslə qarşılamışdıq.  Bu, ciddi bəyanat idi, buna nail olmaq üçün çox çalışmışdıq. Amma bir müddət sonra həmin bəyanatda cəmi bir söz dəyişdirildi – “qəbuledilməz” əvəzinə “dayanıqsız” dedilər. Yəni, bizə mesaj verdilər ki, əslində, bu vəziyyət qəbulediləndir. Yəni, maskalar açıldı, bəli, qəbulediləndir. Bu, Ermənistan üçün qəbuledilən idi, Minsk qrupunun həmsədrləri və bir sıra ölkələr üçün də qəbuledilən idi. Təkcə bizim üçün qəbuledilməz idi.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın addım-addım tarixi Zəfərə doğru irəlilədiyini əsaslı şəkildə diqqətə çatdırdı. Atılan bütün addımların əsasında təbbi ki, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz dayandı. Heş vaxt torpaqlarımızın işğalı ilə barışmadıq. Azərbaycan dövləti ən yüksək tribunalardan  bəyan etdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın bütün sahələrdə imkanlarını dünyaya təqdim etdi. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Dövlət başçısı İlham Əliyev Forumda bu məqamı xüsusi qeyd etdi: “Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük”.