YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Xankəndidə Prezident İlham Əliyev “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxışında olduqca mühüm mesajlar səsləndirdi. Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində belə bir mötəbər tədbirin keçirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumun əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəldiyini qeyd etdi.

Bu il keçirilən Forum əlli iki ölkədən yüz qırx qonağı, otuza yaxın informasiya agentliyini və səksən media qurumunun nümayəndələrini bir araya gətirib: “Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Forumda aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib. Üçüncü dəfədir belə bir mühüm tədbirin Qarabağda keçirilməsi olduqca önəmlidir. Bu baxımdan das Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ənənə davam edir və və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir”.

Xankəndidə yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında belə bir vacib Forumun keçirilməsinin tarixi əhəmiyyəti olduqca böyükdür: “Sözsüz ki, bu qərar eyni zamanda bura gələn qonaqlar üçün maraqlıdır. Gələn qonaqlar yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıdışı prosesini izləmiş olur. Ölkəmizin başçısı Forumda çıxışında regional və qlobal miqyasda baş verən proseslərlə yanaşı Azərbaycanla Ermənistan arasında sülh quruculuğu, atılan son addımları və digər mövzulara dair Ona ünvanlanan sualları tam dolğun və əhatəli şəkildə cavablandırdı”.

III Şuşa Qlobal Media Forumu qlobal informasiya məkanında yeni əməkdaşlıq yollarının müəyyənləşdirilməsi baxımından da önəmlidir: “Bu həmçinin media peşəkarlığının təşviqi baxımından vacibdir. Ölkəmiz məhz bu kimi təsirli platformalara ev sahibliyi etməklə beynəlxalq media dialoqunun inkişafına töhfə verir. Forum qlobal informasiya siyasətində yeni güc mərkəzlərinin formalaşmaqda olduğunu nümayiş etdirir”.