Xəbərlər
Şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib

Ağdam Olimpiya İdman Kompleksində şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunan cüdo üzrə açıq turnir keçirilib.
Turnirdə 8 rayondan 60-a yaxın idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə olunan uğurlardan, şəhid polkovnik-leytenant Raquf Orucovun Vətən sevgisindən, həyat və döyüş yolundan bəhs ediblər.
Gərgin idman mübarizəsi ilə yadda qalan yarışda qalib idmançılara diplom və medallar təqdim edilib.