YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatında Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümü ilə əlaqədar “Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zabil Abdullayev, Gənclər və İdman sektorunun müdiri Musa Mamedov, Suvarma Sistemləri idarəsinin əməkdaşı Vurğun Ağamalıyev və digərləri çıxış edərək bildiriblər ki, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il tarixi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır.

Qeyd olunub ki, 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ən başlıcası isə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub.