YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev irsi və Azərbaycanın su ehtiyatları siyasəti”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı və Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi və Azərbaycanın su ehtiyatları siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Ulu Öndər Heydər Əliyevin hələ Sovetlər dövründən başlayaraq ölkənin su ehtiyatlarının qorunması və səmərəli istifadəsi sahəsində gördüyü böyük işləri iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilib ki, 1969-1982-ci illər ərzində Ağstafaçay, Araz, Sərsəng, Şəmkir və digər iri su anbarlarının inşası, Kür-Abşeron və Samur-Abşeron kimi mühüm su xətlərinin çəkilməsi ölkənin su təhlükəsizliyi baxımından strateji rol oynamışdır. Eyni zamanda, ekologiyanın mühafizəsi, içməli su təchizatının yaxşılaşdırılması və su ehtiyatlarının planlı idarə olunması istiqamətində qəbul edilmiş qanun və qərarlar bu siyasətin hüquqi əsaslarını formalaşdırmışdır.

Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin direktoru Nəsrəddin Aslanov, idarənin baş mühəndisi Elxan Əsgərov, təhlükəsizlik və texniki təhlükəsizlik üzrə mühəndis, ərazi partiya təşkilatının sədri Elxan Qasımov və idarənin emalatxana müdiri Kərim Eynalov qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə su təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunub.

Tədbir çərçivəsində YAP Tovuz rayon təşkilatının fəaliyyətindəki fəal iştirakına görə Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanova 65 illik yubileyi münasibətilə fəxri fərman və hədiyyə təqdim olunub.

Eyni zamanda idarənin bir qrup əməkdaşına təşəkkürnamə, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.