YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda Ümummilli Liderin siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümü qeyd olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı "M.Qasımov küçəsi 1" ünvanı (Respublika “QİÇS”-lə Mübarizə Mərkəzi) üzrə ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.  

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Respublika “QİÇS”-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider  Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

Vurğulanıb ki, Ümummilli Lider 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə, mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub.

Sonra YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.