Xəbərlər
"Zəfərə doğru birlik"

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “15 İyun - Zəfərə doğru birlik” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, Ümummilli Liderin xatirəsi anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Tural Oruczadə, Kəlbəcər rayon Statiskası İdarəsinin rəisi Ramil Salmanov, Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Xankişiyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün Ümummilli Liderimizin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.