YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda partiya üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının “Almaz İldırım küçəsi, 30 B” (2 saylı Bakı Dost Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov  Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan  bəhs edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. 

Daha sonra çıxış edən 2 saylı Bakı Dost Mərkəzinin direktor müavini Şamil Əliyev ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən  Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsindən danışıb. O bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır.

Sonra təşkilati məsələlərə baxılıb. Şamil Əliyev ərazi partiya təşkilatının sədri, Asəf Zeynalov isə sədr müavini seçilib.

Qeyd edək ki, “Almaz İldırım küçəsi 43A” (1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi) ünvanı üzrə ərazi partiya təşkilatında da partiya üzvləri ilə görüş keçirilib. Günəş İsmayılova ərazi partiya təşkilatının sədri, Mətanət Ağazadə isə sədr müavini seçilib.