Xəbərlər
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında iclas keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının “Yusif Səfərov küçəsi, 35” ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev partiyanın keçdiyi şərəfli yoldan bəhs edib. O bildirib ki, 740 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının sıraları günü-gündən genişlənir. YAP demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir: “Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır”.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov zəngin inkişaf yolu keçən YAP-ın ötən müddət ərzində qazandığı möhtəşəm nailiyyətlərdən bəhs edib.
Sonra təşkilati məsələlərə baxılıb. Zaur Qəribov ərazi partiya təşkilatının sədri, Əlibaba Bayramov isə sədr müavini seçiliblər.