Xəbərlər
“Hüquqlarımızı qoruyaq”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 may-18 iyun hüquq aylığı ilə əlaqədar Ələt qəsəbəsindəki Əhməd Zeynallı adına 302 nömrəli tam orta məktəbdə “Hüquqlarımızı qoruyaq” adlı tədbir keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən danışıb, konstitusiya dəyərlərini qoruyaraq suverenliyimizi daha da möhkəmləndirməli olduğumuzun vacibliyini diqqətə çatdırıb. O, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpa edildiyini söyləyib.
Vətəndaşların Konstitusiya ilə təsbit edilən hüquq və vəzifələrindən ətraflı bəhs edilib.
Tədbir bədii hissə ilə davam edib.
Tədbirin sonunda YAP Qaradağ rayon təşkilatının sədri buraxılış imtahanında 300 bal toplayan 9-cu sinif şagirdi Dəniz Elşən qızı ilə Hüseynzadə ilə görüşüb, onu yüksək nəticə göstərməsi münasibətilə təbrik edib, ona təhsilində uğurlar arzulayıb.