YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Müstəqillik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Ruhin Hüseynov, Camal İbrahimov adına 8 nömrəli tam orta məktəbin müəllimi, şəhid bacısı Nüşabə İbrahimova, şəhid Həsən Süleymanovun həyat yoldaşı Qumru Süleymanova, Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Namiq Əhmədov və digərləri çıxış ediblər.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat verilib. Qeyd olunub ki, SSRİ-nin süqutundan sonra yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində öz suverenliyini qoruyub saxlayıb, dünya birliyinin ən sürətlə inkişaf edən və beynəlxalq nüfuza malik olan üzvünə çevrilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfərlərlə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrinin yazıldığı vurğulanıb.

Sonra bir qrup partiya fəalı və yubiley yaşları tamam olan partiya veteranlarına fəxri fərman təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir bədii hissə ilə davam edib.