YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İranın hücumu Azǝrbaycana qarşı açıq tǝxribatdır

Fuad İbrahimov

YAP İdarǝ Heyǝtinin üzvü

Azǝrbaycanın suveren ǝrazisinǝ, Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası tǝrǝfindǝn pilotsuz uçuş aparatları ilǝ hǝyata keçirilmiş hücum Azǝrbaycanın suverenliyinǝ vǝ tǝhlükǝsizliyinǝ qarşı yönǝlmiş açıq tǝxribatdır. Bu addım hǝm dǝ beynǝlxalq hüququn ǝsas norma vǝ prinsiplǝrinin kobud şǝkildǝ pozulmasıdır.

Pilotsuz uçuş aparatları vasitǝsilǝ hǝyata keçirilǝn hücumların hǝdǝfi mülki obyektlǝr olmuşdur – Naxçıvan Beynǝlxalq Hava Limanı, onun terminal binası, hǝmçinin mǝktǝb vǝ digǝr obyektlǝr İran ǝrǝfindǝn namǝrd atǝşǝ mǝruz qalmışdır. Azǝrbaycan dövlǝti vǝ xalqı tǝlǝb edir ki, bu çirkin tǝxribatı törǝdǝnlǝr dǝrhal cinayǝt mǝsuliyyǝtinǝ cǝlb edilsin.

Hadisədən cǝmi bir gün ǝvvǝl Azǝrbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Bakıdakı sǝfirliyinǝ gǝlǝrǝk başsağlığı vermiş vǝ Azǝrbaycan xalqının hörmǝt vǝ hǝmrǝyliyini nümayiş etdirmişdir. Bundan ǝlavǝ, İranın xarici işlǝr nazirinin müavininin xahişi ilǝ Azǝrbaycan tǝrǝfi Prezident İlham Əliyevin göstǝrişi ilǝ Livandakı İran sǝfirliyinin ǝmǝkdaşları üçün xüsusi tǝyyarǝ göndǝrǝrǝk onları oradan tǝxliyǝ etdirmişdir. Belǝ humanist addımların fonunda isǝ İranın Azǝrbaycan ǝrazisinǝ dron hücumunu hǝyata keçirmǝsi yalnız çirkin vǝ namǝrd ǝmǝl kimi qiymǝtlǝndirilǝ bilǝr.

Azǝrbaycan dövlǝti vǝ cǝmiyyǝti hǝr zaman qonşuluq münasibǝtlǝrindǝ qarşılıqlı hörmǝt vǝ mǝsuliyyǝt prinsiplǝrinǝ sadiq olub. Ölkǝmizin ǝrazisi heç vaxt digǝr dövlǝtlǝr üçün tǝhlükǝ mǝnbǝyi olmayıb. Əksinǝ, Azǝrbaycan regionda sabitliyin qorunmasına vǝ ǝmǝkdaşlığın inkişafına daim töhfǝ verir.

Azǝrbaycan öz suverenliyini, ǝrazi bütövlüyünü vǝ vǝtǝndaşlarının tǝhlükǝsizliyini qorumaq mǝsǝlǝsindǝ qǝtiyyǝtlidir. Suverenliyimizǝ vǝ tǝhlükǝsizliyimizǝ yönǝlmiş istǝnilǝn tǝhdid qarşısında Azǝrbaycan dövlǝti hǝr zaman prinsipial mövqe nümayiş etdirǝcǝkdir.