YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda partiya üzvləri ilə görüşlər keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan danışıb.

Vurğulanıb ki, partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır və bu uğurların zirvəsində tarixi Zəfərimiz dayanır.

Qeyd edək ki, YAP Xəzər rayon təşkilatı “Hicran Hasilov küçəsi 1” (Rasim Sadıqov adına 136 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatında da partiya üzvləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov, 136 saylı tam orta məktəbin direktoru Aysel Şərbətova Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, qısa müddətdə iqtidar partiyası olması və regionun ən möhtəşəm siyasi təşkilatına çevrildiyini deyiblər.

Sonra təşkilati məsələlərə baxılıb. Şəkər Eldarova ərazi partiya təşkilatının sədri, Taliyə Yadigarova isə sədr müavini seçilib.