YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və nəqliyyat strategiyası”

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev və nəqliyyat strategiyası” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin sədri Anar Rzayev, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini – ərazi partiya təşkilatının sədri Asif İsmayılov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın bütün sahələrdə uğurlu inkişafını təmin etdi və gələcəyi üçün möhkəm təməl yaratdı.

O da vurğulanıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş nəqliyyat strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda Azərbaycanın nəqliyyat-tranzit-logistika xidmətləri ilə Avropanın aparıcı dövlətinə çevrildiyi xüsusi qeyd olunub.