Xəbərlər
“Muzeylərimiz, tarixi abidələrimiz milli sərvətimizdir”

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Muzeylərimiz, tarixi abidələrimiz milli sərvətimizdir” mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva və Laçın Dövlət Rəsm Qalereyasının direktoru Xaliq Dünyamalıyev bildiriblər ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, elmi, mədəni həyatına da təsir göstərib, müvafiq sahənin alim və mütəxəssislərinin, ziyalılarının qarşısına konkret vəzifələr qoyub.
Bu kontekstdə muzeylərin də öz fəaliyyətlərini dövlətçilik ənənələri, milli suverenlik ideologiyasına uyğun genişləndirdiyi xüsusi qeyd olunub.