Xəbərlər
YAP Ağstafa rayon təşkilatında partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında partiya veteranları ilə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Ağstafa rayonunda fəaliyyəti ilə seçilən partiya üzvləri Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləniblər.
Etibar Hacıyev yubileyi qeyd olunan partiya veteranlarını doğum günləri münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.
Görüşdə, həmçinin bir qrup partiya veteranına fəxri fərman və hədiyyələr təqdim olunub.