YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib

Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının sədri Təmraz Tağıyev YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb. O qeyd edib ki, YAP növbəti parlament seçkilərində də möhtəşəm qələbə qazanacaq.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlament seçkilərinin əhəmiyyətindən bəhs edib və diqqətə çatdırıb ki, ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir. O qeyd edib ki, bu gün YAP həm ictimai nüfuz, həm də idarəetmə orqanları ilə ünsiyyət baxımından ən nüfuzlu partiyadır”.

Sonra çıxış edənlər ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər.

Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.