YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı tərəfindən 60 saylı ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

Tədbir Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Göylər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi İxtiyar Xəlilov, Göylər kənd bələdiyyəsinin sədri Çingiz Kərimov və Göylər kənd 1 saylı tam orta məktəbin direktoru Günay Şabanova “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən söz açıb, müstəqil Azərbaycanın hüquqi və siyasi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyev irsinin əvəzsiz rolunu vurğulayıblar.

Tədbir bədii hissə ilə davam edib.