YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Qaz Anbarları İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Qaz Anbarları İdarəsinin rəisi Rövşən Qarayev, ərazi partiya təşkilatı sədrinin müavini Cavanşir Eyvazov, partiya fəalı Ülviyyə Orucova dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Konstitusiyanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlandığını deyiblər. Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib.

Çıxışlarda Ümummilli Liderin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən siyasətdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və suveren dövlətimizin qazandığı uğurlardan ətraflı bəhs edilib.