Xəbərlər
Milli Məclisin deputatı minaya düşərək yaralanan ANAMA əməkdaşının ailəsini ziyarət edib

Milli Məclisin deputatı Səyyad Salahlı mayın 9-da Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elsevər Nağıyev ilə birgə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşərək sağ ayağının topuq nahiyəsinin amputasiyası ilə nəticələnən İmişli rayonunun Sarıxanlı kəndindən olan, ANAMA əməkdaşı Heydər Əli oğlu Xankişiyevi yaşadığı ünvanda ziyarət ediblər.
Millət vəkili Heydər Xankişiyevin müalicə prosesi, qayğıları və ailəsinin problemləri ilə maraqlanıb. Heydər Xankişiyevin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, Heydər Xankişiyev Birinci Qarabağ müharibəsi şəhidi Əliheydər Xankişiyevin oğludur.